11 
May
2021
04:00
88
244
1890
Virtual karabakh

Putin hokkey matçında səkkiz şayba vurdu - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Gecə Hokkey Liqasının qala-oyununda iştirak edib.

TASS xəbər verir ki, dövlət başçısı ənənəvi olaraq, 11 nömrə altında və qırmızı idman köynəyində buz üzərinə çıxıb. Qarşılaşma 13:9 hesabıyla prezidentin komandasının xeyrinə başa çatıb. O, bu matçda səkkiz şaybanı rəqib qapısından keçirib. Putin artıq 29-cu saniyədə fərqlənib.

Bildirilib ki, Putin sonuncu dəfə 2019-cu ildə hokkey oyununda iştirak edib.

Qeyd olunub ki, Gecə Hokkey Liqası 2011-ci ildə Putin və Rusiyanın tanınmış hokkeyçilərinin təşəbbüsü ilə qurulub. Liqanın məqsədi ölkədə hokkeyin kütləvi inkişafı, həmçinin bu idman növündə ümumrusiya həvəskar yarışlarının təşkilidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri