10 
May
2021
23:15
158
22
1113
Virtual karabakh

Cüdoçularımız beynəlxalq yarışlara Kazanda hazırlaşırlar – FOTO

10 May, 2021
23:15
1113

Cüdoçularımız beynəlxalq yarışlara Kazanda hazırlaşırlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Toplanışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Rusiya, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Niderland, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.

Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə iki dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.

Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri