11 
May
2021
11:15
23
95
2161
Virtual karabakh

“İnter”in prezidenti futbolçulardan maaşla bağlı xahiş etdi

11 May, 2021
11:15
2161

“İnter”in prezidenti futbolçulardan maaşla bağlı xahiş etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın vaxtından əvvəl çempionu olan “İnter” klubu ciddi maliyyə böhranı ilə üzləşib.

Oxu.Az xəbər verir ki, klubun çinli sahibi Can Kanyan futbolçularla görüşərək, onlardan iki aylıq maaşlarından imtina etməyi xahiş edib.

29 yaşlı klub prezidenti hesab edir ki, bu cür addım klubu çətin maliyyə situasiyasından çıxarmağa kömək edəcək. Hər bir futbolçu isə bu məsələdə qərar verməkdə müstəqildir.

Sözügedən görüşdə “İnter”in baş məşqçisi Antonio Konte iştirak etməyib. Ona görə də onun maaşının aşağı endirilib-endirilməyəcəyi bəlli deyil.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri