11 
May
2021
13:54
14
79
1139
Virtual karabakh

Təmkin “Neftçi” ilə anlaşdığı barədə yazılan xəbərlərə reaksiya verdi

“Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram”.

Oxu.Az xəbər verir ki, bu fikirləri millimizin və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə deyib.

27 yaşlı sol cinah oyunçusunun “Neftçi” ilə anlaşdığı yazılır. O, bu xəbərlərə təəccübləndiyini bildirib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra götür-qoy edib qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəyəm!”

Qeyd edək ki, Təmkin Xəlilzadənin “Sabah”la müqaviləsi bu ayın sonunda başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri