11 
May
2021
16:21
183
28
3180
Virtual karabakh

“Barselona”nın sabiq ulduzu 39 yaşınadək futbol oynayacaq

11 May, 2021
16:21
3180

“Barselona”nın sabiq ulduzu 39 yaşınadək futbol oynayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyalı futbolçu Andres İnyesta Yaponiyanın “Visseru” klubundakı çıxışını davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu gün 37 yaşını qeyd edən “Barselona”nın sabiq ulduzu Yaponiya klubu ilə 2023-cü ilin yayınadək müqavilə bağlayıb.

Bu isə o deməkdir ki, İnyesta ən azı 39 yaşınadək futbol oynayacaq.

Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə “Barselona”dan ayrıldıqdan sonra Yaponiyanın Kobe şəhərini təmsil edən kluba keçib. O, bu klubla 2019-cu ildə İmperiya Kubokunu, ötən il isə Yaponiya Super Kubokunu qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri