11 
May
2021
17:09
158
99
1814
Virtual karabakh

AMADA Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başladı

11 May, 2021
17:09
1814

AMADA Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10-11 may tarixində Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin 53-cü (CAHAMA) görüşündə Azərbaycan nümayəndəsi və gender bərabərliyi məruzəçisi Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması və gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini vurğulayıb.

Oxu.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Ş.Hüseynli bildirib ki, hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır.

Ş.Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədələrinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

Bu layihə müsbət qarşılanaraq Azərbaycana xüsusi təşəkkür bildirilib və Ş.Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif edilib. Nəticədə, Ş.Hüseynli Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.

Qeyd edək ki, AMADA antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədalətli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri