12 
May
2021
10:46
220
11
1389
Virtual karabakh

Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü - FOTO

12 May, 2021
10:46
1389

Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Karate Federasiyası Hakimlər Komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə dünən C.Babayevə Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos tərəfindən məktub gəlib. Məktubda onun 5-7 avqust tarixlərində Olimpiadanın karate yarışlarında hakimlik edəcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, “Əməkdar məşqçi”, eləcə də “Qaraqaplan” klubunun baş məşqçilərindən biri C.Babayev 198 dövlətin üzvü olduğu WKF tərəfindən 2013-cü ildə dünyanın “Ən yaxşı hakimi” seçilib.

O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Cahangir Babayev Azərbaycan Prezidentinin “Fəxri fərmanı” ilə təltif edilib. Onun yetirmələri arasında dünya və Avropa çempionatının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri