12 
May
2021
16:09
120
10
2083
Virtual karabakh

Qadın parataekvandoçu: “Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”

12 May, 2021
16:09
2083

Qadın parataekvandoçu: “Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hesabda 8:0 hesabı ilə öndə idim. Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”.

Oxu.Az xəbər verir ki, bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa təsnifat turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış parataekvondoçu Aynur Məmmədova deyib.

Bu gün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi ilə görüşdə iştirak edən Aynur Məmmədova bildirib ki, rəqibin hesabı bərabərləşdirdiyi gərgin döyüşdən sonra hələ də şokdadır:

“Həmin an sanki donmuşdum. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşa getdi. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox qorxuludur. Allaha şükür ki, bunu bacardım. Federasiyaya, müəllimlərimə təşəkkür edirəm. Hədəfim Paralimpiadada qızıl medal qazanmaqdır”.

Paralimpiya Oyunlarına lisenziya qazanmış digər parataekvondoçu Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: “Hər şeyi bir kənara qoyub, yalnız bu yarışı düşünürdük. İndi isə növbəti hədəf Paralimpiada çempionluğudur”.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına Sofiyada maksimum – dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, -75 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri