12 
May
2021
16:57
161
33
2885
Virtual karabakh

Azərbaycanda maaşını ala bilməyən dörd futbolçuya xarici fonddan pul ödəniləcək

12 May, 2021
16:57
2885

Azərbaycanda maaşını ala bilməyən dörd futbolçuya xarici fonddan pul ödəniləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA-nın Futbolçular Fondundan dörd azərbaycanlı oyunçuya maddi yardım ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə FIFA və FIFPRO (peşəkar futbolçuların qurumu) arasındakı razılaşmaya əsasən, ötən il yaradılmış fondun hesabatında əks olunub.

Hesabata əsasən Azərbaycandan dörd futbolçu öz klublarından maaş ala bilmədiyi üçün FIFA və ya FIFPRO-ya müraciət edib. Onların dördünün də müraciəti təmin olunub.

Futbolçular Fondu ümumilikdə 1 005 oyunçuya müxtəlif səbəbdən (ya klub dağılıb, ya peşəkar statusunu itirib və ya pulu ödəmək iqtidarında deyil – S.M.) klublarından ala bilmədiyi pulu ödəyəcək.

Bunun üçün 2015-ci ilin iyulun 1-dən 2022-ci ilin dekabrın 31-dək müddəti əhatə edən dörd dövr üçün ümumilikdə 16 milyon dollar ödəniş ediləcək. Artıq 1 iyul 2015 - 30 iyun 2020-ci il dövrü üçün 5 milyon dollarlıq ödənişə başlanılıb. AFFA-nın da üzv olduğu UEFA bölgəsi üçün 3,65 milyon dollar pul futbolçulara veriləcək.

Ən çox müraciəti təmin etmiş ölkə Yunanıstan olub. Bu ölkə klublarından edilmiş şikayətə əsasən 291 futbolçuya pul ödənişi ediləcək. İkinci sırada Malayziya (147), üçüncü yerdə Türkiyədir (117). Digər qonşu ölkə Rusiya bu göstəricidə dördüncüdür. Bu ölkə klublarının 67 futbolçusunun müraciəti qəbul edilib.

Qeyd edək ki, 36 ölkədən 109 klubun 1 089 futbolçusu bunun üçün müraciət edib və bunlardan 1005-nin müraciəti təmin olunacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri