13 
May
2021
01:00
917
43
8081
Virtual karabakh

İş adamı Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü təyin olundu - FOTO

13 May, 2021
01:00
8081

İş adamı Kikboksinq Federasiyasının İdarə Heyətinin üzvü təyin olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) ofisində yeni təyinat rəsmiləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, iş adamı Ədalət Kazımov federasiya prezidenti Orxan Əliyev tərəfindən AKF İdarə Heyətinin üzvü təyin olunub.

Təyinat zamanı AKF-nın rəsmiləri, federasiyanın prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ehram Məcidov, baş katib və milli komandanın rəisi Sadıx Bağırov iclas keçirib.

AKF-nın yeni İdarə Heyətinin üzvü Ədalət Kazımov ona bu böyük etimad göstərməyinə görə ilk növbədə federasiyanın fəxri prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyevə, həmçinin rəhbərlik heyətinə öz təşəkkürlərini bildirib, kikboksinq idman növünün inkişafında, həmçinin federasiyanın fəaliyyətində əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Xatırladaq ki, ötən ay dünya və Avropa çempionları Eduard Məmmədovla Ramal Aslanov AKF-nın İdarə Heyətinin sədri Adil Əliyevə müavin təyin olunublar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri