12 
May
2021
21:43
194
17
1698
Virtual karabakh

Ayaz Quliyev “Rostov”da çıxış edə bilər

12 May, 2021
21:43
1698

Ayaz Quliyev “Rostov”da çıxış edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Spartak”la yollarını ayıran Azərbaycan əsilli Rusiya futbolçusu Ayaz Quliyev yenidən “Rostov” klubunun şərəfini qoruya bilər.

Bu barədə “Eurostavka” resursu məlumat yayıb.

Məlumata əsasən, sabah yarımmüdafiəçi “Rostov”un bazasında tibbi yoxlanışdan keçəcək və nəticələrə uyğun olaraq klub rəhbərliyi tərəfindən müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, azad agent kimi “Spartak”dan ayrılan Quliyev klubun futbol məktəbinin məzunudur. 2018-ci ilin yayında o, 500 min avro qarşılığında “Rostov” klubuna keçib. Altı ay sonra isə “Spartak” komandası oyunçunu 1 milyon avroya geri qaytarıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri