13 
May
2021
00:31
198
36
1722
Virtual karabakh

Azərbaycanın badmintonda ilk dəfə Olimpiadada təmsil olunması rəsmiləşdi - FOTO

13 May, 2021
00:31
1722

Azərbaycanın badmintonda ilk dəfə Olimpiadada təmsil olunması rəsmiləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq. 

Oxu.Az xəbər verir ki, milli komandamızın lideri Ade Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dörd illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. 

Olimpiya təsnifat reytinqində 31-ci, dünya reytinqində 69-cu olan Ade olimpiadaya lisenziyanı təmin edib. Xüsusilə 2019-cu ildə Kamerun və Əlcəzairdə keçirilən beynəlxalq turnirlərdə qazanılan qələbələr badmintonçumuzun lisenziya şanslarını əhəmiyyətli dərəcədə artırıb. Avropa Badminton Konfederasiyasının rəsmi saytı (http://badmintoneurope.com/cms/default.aspx?clubid=4685) lisenziya xalları verən yarışlar qalmadığından (bəziləri pandemiyaya görə ləğv olunub), Avropadan olimpiadaya lisenziya qazanan badmintonçuların siyahısını dərc edib. 

Yekun siyahı iyunun 15-də Ümumdünya Badminton Federasiyası tərəfindən açıqlanacaq. Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib. 

Ade Reski Dviçayo 29 aprel 2019 - 15 mart 2020 və 4 yanvar 2021 - 15 iyun 2021 tairxlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 24 beynəlxalq turnirdə iştirak edib. 

Qeyd edək ki, Olimpiya Oyunlarında 38 kişi badmintonçu şəxsi kateqoriyada iştirak edəcək. 35 badmintonçu reytinq xalları sayəsində Olimpiadada mübarizə aparacaq. Digər 3 lisenziya isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və lisenziya əldə edə bilməyən qitədən müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək.

Onu da bildirək ki, bu, Azərbaycanın Olimpiadada iştirakı rəsmiləşən 21-ci lisenziyasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri