14 
May
2021
01:20
257
51
5030
Virtual karabakh

“Liverpul” “Mançester Yunayted”ə səfərdə qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO

14 May, 2021
01:20
5030

“Liverpul” “Mançester Yunayted”ə səfərdə qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında XXXIV turun daha bir mərkəzi görüşü “Mançester Yunayted” və “Liverpul” komandaları arasında keçirilib.

“Old Trafford” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

“Mançester Yunayted” – “Liverpul” - 2:4
Qollar: Fernandeş, 10 (1:0), Jota, 34 (1:1), Firmino, 45+3 (1:2), 47 (1:3), Reşford, 68 (2:3), Salah, 90 (2:4)

21:53

“Mançester Yunayted”in tərəfdarları “Liverpul”la qarşılaşma öncəsi yenidən klub stadionunun qarşısına toplaşıblar.

Bu barədə jurnalist Rob Harris özünün “Twitter” səhifəsində məlumat verib.

Onlar klubun hazırki sahibləri olan Qleyzerlər ailəsinin rəhbərlikdən kənarlaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, mayın 2-də baş tutmalı olan qarşılaşma məhz azarkeşlərin etirazları səbəbindən bugünə təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri