14 
May
2021
14:41
120
21
2263
Virtual karabakh

U-21 millimizin futbolçusu yığmadan imtina etdi - FOTO

14 May, 2021
14:41
2263

U-21 millimizin futbolçusu yığmadan imtina etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə U-21 millisinin üzvü Emre Kaplan Azərbaycan millisində oynamaqdan imtina edib.

Bu barədə futbolçu “Instagram” hesabında yazıb.

“Təşəkkürlər Azərbaycan! Formasını geyinməkdən böyük qürur və xoşbəxtlik hiss etdiyim Azərbaycan milli komandaları ilə vidalaşarkən üzərimdə əməyi olan bütün məşqçilərə, işçilərə və birlikdə oynadığım komanda yoldaşlarıma təşəkkür edirəm. Dost və qardaş ölkəmizin milli komandalarından ayrılarkən bundan sonra ay-ulduzlu formanı tərlədəcək olmağın həyəcanını və qürurunu yaşayıram”, - deyə E.Kaplan yazıb.

Xatırladaq ki, “İstanbul Başakşehir” klubunun sol cinah müdafiəçisi Emre Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarının üzvü olub. Bir müddət öncə futbolçu Türkiyə milli komandasından təklif alıb. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Emre Kaplan (@kaplanemre77)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri