14 
May
2021
21:20
257
22
4038
Virtual karabakh

“Qarabağ” evdə, “Neftçi” səfərdə sevindi, Premyer Liqada çempionluq son tura qaldı

14 May, 2021
21:20
4038

“Qarabağ” evdə, “Neftçi” səfərdə sevindi, Premyer Liqada çempionluq son tura qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Turun son üç matçı eyni saatda start götürüb. 

Lider “Qarabağ” “Azərsun Arena”da “Keşlə”ni iki cavabsız qolla məğlub edib. Mahir Emreli 47-ci dəqiqədə hesabı açıb. Hadisələri qabaqlayaraq qeyd edək ki, Emreli 80-ci dəqiqədə penaltini boşa verib. Bununla belə, 74-cü dəqiqədə Kvabena Ovusunun vurduğu qolla oyunun nəticəsi həll olunmuşdu.

İkinci pillədə qərarlaşan “Neftçi” isə Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb.

Günün digər oyununda “Zirə” evdə “Səbail” üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.

Bu nəticələrdən sonra “Qarabağ” (57 xal) və “Neftçi” (56 xal) mövqelərində qalıb. “Zirə” 38 xalla 3-cü pilləyə yüksəlib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq.

Sonuncu turda “Neftçi” – “Qarabağ”, “Sabah” – “Zirə”, “Səbail” – “Sumqayıt” və “Keşlə” – “Qəbələ” matçları keçiriləcək. Bütün oyunlar mayın 19-da baş tutacaq.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Sabah”la məhsuldar heç-heçə edib - 2:2.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri