15 
May
2021
13:57
188
21
4420
Virtual karabakh

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət etdilər

15 May, 2021
13:57
4420

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunun mayın 19-u keçiriləcək "Neftçi" – "Qarabağ" oyunu öncəsi hər iki klubun ən böyük azarkeş qrupları sözügedən görüşə azarkeşlərin buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.

"İmarət Tayfa" və "Forza Neftçi" özlərinin sosial media hesablarında yazıblar.

"Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!

PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" – deyə "İmarət Tayfa"nın "Facebook" səhifəsində qeyd olunub.

"Forza Neftçi"nin isə sosial hesabında bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və digər aidiyyəti qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi" – Qarabağ" matçına azarkeşlər buraxılsın".

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri