16 
May
2021
16:44
221
13
2811
Virtual karabakh

Azərbaycanlı futbolçu Polşa komandasında beşinci qolunu vurdu - FOTO + VİDEO

16 May, 2021
16:44
2811

Azərbaycanlı futbolçu Polşa komandasında beşinci qolunu vurdu - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbolçu Fuad Bayramov Polşa çempionatında növbəti qolunu vurub.

Oxu.Az-ın xəbərinə görə, Polşanın III Liqasının IV qrupunda onun çıxış etdiyi KSZO klubu öz meydanında “Visvoka” komandasını 2:0 hesabı ilə məğlub edib.

Fuad standart vəziyyətdən cərimə meydançası daxilinə edilən ötürmədən sonra başla qol vurub. 26 yaşlı yarımmüdafiəçi 20-ci dəqiqədə vurduğu bu qolla hesabı açıb.

O, 75-ci dəqiqədə zədəsi olduğu üçün əvəzlənməsini istəyib.

Qeyd edək ki, bu, Fuad Bayramovun Polşa klubunda ümumilikdə beşinci qoludur. O bunlardan dördünü çempionatda, birini isə regional kubok matçında vurub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri