16 
May
2021
22:02
336
20
8359
Virtual karabakh

“Liverpul” qapıçısının son saniyədə vurduğu qolla 3 xal qazandı - VİDEO

İngiltərə Premyer Liqasının 36-cı turunda “Vest Bromviç” – “Liverpul”u qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparan mersisaydlılar ilk hissədə hesabda geri düşsələr də, sonradan əzmkar qələbə hesabında 3 xalı qazana biliblər.

Robson-Kanu 15-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxarıb.

Muhamed Salah 33-cü dəqiqədə tarazlığı bərpa edib və hissə bu nəticə ilə yekunlaşıb.

Əsas maraqlı hadisə isə ikinci hissədə, daha doğrusu ikinci hissəyə əlavə olunmuş 5-ci dəqiqədə baş verib.

3 xala hava-su kimi ehtiyacı olan “Liverpul”un qapıçısı Alisson Bekker son saniyələrdə küncdən zərbə zamanı rəqib qapısı önünə gedib və baş zərbəsi ilə komandasına qələbə qazandıran qola imza atıb.

Bu qələbə ilə 5-ci pillədəki yerini möhkəmlədən Yürgen Kloppun yetirmələri 4-cü pillədəki “Çelsi” ilə xal fərqini minimuma endiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri