17 
May
2021
13:12
19
439
21850
Virtual karabakh

Rafiq İsmayılov: “Azərbaycanlı hakim öz boksçumuzun erməniyə uduzması üçün əlindən gələni etdi” - FOTO/VİDEO

17 May, 2021
13:12
21850

Rafiq İsmayılov: “Azərbaycanlı hakim öz boksçumuzun erməniyə uduzması üçün əlindən gələni etdi” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk şəhərində SSRİ qəhrəmanı Konstantin Korotkovun şərəfinə keçirilən beynəlxalq turnirdə Azərbaycan boksçuları iki medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, 20-yə yaxın ölkənin təxminən 100 boksçusunun iştirak etdiyi yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub: Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi -52 kq), Ümid Rüstəmov (-57 kq) və Mirşərif Kazımzadə (-75 kq) .

2000-ci il Olimpiadasının mükafatçısı Vüqar Ələkbərovun rəhbərlik etdiyi heyətdə boksçulara məşqçiliyi Rafiq İsmayılov edib. Boksçularımızdan ikisi bu yarışda medal qazanıb. Ümid Rüstəmov gümüş, Mirşərif Kazımzadə bürünc medal əldə edib.

Rusiya və Özbəkistan boksçularına qalib gələrək finala çıxmış Ümid Rüstəmovun qızıl medal qazanmasına isə elə Polşada yaşayan azərbaycanlı hakim Səfər Əliyev maneə olub. Bu barədə məşqçi Rafiq İsmayılov saytımıza açıqlamasında deyib:

“Ümid finalda erməni əsilli Rusiya boksçusu Ovik Hovanisyanla qarşılaşsa da, Səfər Əliyev aşkar şəkildə bizim idmançının qalib gəlməməsi üçün əlindən gələni etdi. O, erməni boksçuya olan sevgisini göstərdi. Polyaklar özləri bizə deyir ki, Səfər Əliyev Polşada döyüşləri pulla satıb, hakimlik edir”.

İdmançımız ədalətsizliyə etiraz olaraq rəqib boksçunun və məşqçinin əlini sıxmayaraq rinqi tərk edib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı hakim kimi 2004-cü ilin Olimpiya mükafatçısı Fuad Aslanov təmsil edib.  

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri