17 
May
2021
13:24
381
9
1553
Virtual karabakh

Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu - FOTO

Azərbaycanı təmsil edən paralimpiyaçı Roman Saley S12 kateqoriyası üzrə Avropa çempionu olub.

Oxu.Az xəbər verir ki, Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Belarus əsilli paraüzgüçü Portuqaliyanın Madeyra Muxtar Regionunda keçirilən Avropa açıq çempionatının qızıl medalına sahib çıxıb.

O, 100 metrəyə arxası üstə üzmə növündə 1:01.57 nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

İkinci yeri belaruslu Maksim Vaşkeviç (1:02.90), üçüncü pilləni isə rusiyalı Roman Makarov (1:03.25) tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri