18 
May
2021
12:15
128
19
3197
Virtual karabakh

Azərbaycanda ilk: Azarkeş “Neftçi”nin qonağı oldu - FOTO/VİDEO

“Gaming League Azerbaijan” və Azərbaycan Kiberidman Federasiyasının təşkilatçılığı ilə keçirilən FIFA21 turniri başa çatıb.

Böyük maraqla qarşılanan FIFA21 yarışının qalibi GMT Esports komandasının üzvü Cavid Qurbanov Bakının tarixi “Neftçi” futbol klubunun bazasında qonaq olub. Qalib iştirakçı komandanın məşqində iştirak edərək futbolçuların hazırlığını canlı izləməklə “Neftçi” ailəsində unudulmaz gün keçirib. 

FIFA21 turnirinin qalibi Cavid Qurbanov “Neftçi”də olduğu müddət ərzində baş məşqçi Samir Abbasov, futbolçular Keysuke Honda, Səlahət Ağayev, Emin Mahmudov və digərləriylə şəxsən görüşmək, şəkil çəkdirmək imkanı qazanıb. “Gaming League Azerbaijan”ın təşkil etdiyi layihə çərçivəsində Cavid Qurbanov “Neftçi”nin futbolçusu Namiq Ələsgərova FIFA21 oyununda rəqib olub.

Qeyd edək ki, FIFA21 turnirinin qalibi azarkeşi olduğu komandanın qonağı olmaqla Azərbaycan idman tarixində ilkə imza atıb. 

“Gaming League Azerbaijan” layihənin reallaşmasında göstərilən dəstəyə görə “Neftçi” Peşəkar Futbol Klubuna təşəkkür edir. 

“Gaming League Azerbaijan” (GLA) layihəyə dəstək olan Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə minnətdarlığını bildirir. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri