18 
May
2021
14:00
127
1
857
Virtual karabakh

Dörd güləşçimiz Avropa çempionatında mübarizəyə qoşuldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

74 kq
1/8 final: Əşrəf Aşırov – Çermen Valiyev (Rusiya) / Lukas Kant (Almaniya)

86 kq
1/8 final: Orxan Abbasov – Uri Kalaşnikov (İsrail)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Rəcəp Haydari (Şimali Makedoniya)

125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan)

Qeyd edək ki, bu gün iki sərbəst güləşçimiz – Əliabbas Rzazadə (57 kq) və Cəbrayıl Hacıyev (70 kq) qızıl medal, daha iki güləşçimiz – Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) bürünc medal üçün mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri