18 
May
2021
16:24
76
12
2442
Virtual karabakh

Apellyasiya Arbitraj Tribunalı Rəşad Sadıqovun köməkçisi barədə qərar verdi

18 May, 2021
16:24
2442

Apellyasiya Arbitraj Tribunalı Rəşad Sadıqovun köməkçisi barədə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” və “Zirə” futbol klublarının İntizam Komitəsinin qərarlarından şikayətlərinə baxılıb.

Oxu.Az xəbər verir ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsinin 05.05.2021-ci ildə qəbul etdiyi qərarla Camaləddin Xocaniyazova verilən dörd oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə, müvafiq olaraq iki oyun kənarlaşdırılma cəzası və 1600 manat cərimə ilə əvəz edilib. 

“Zirə” klubunun 10 oyunluq cəzalandırılmış məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar isə qüvvədə saxlanılıb. Eltun Yaqublu “Zirə”də baş məşqçi Rəşad Sadıqovun köməkçisidir.

Qeyd edək ki, qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri