18 
May
2021
16:06
689
7
1833
Virtual karabakh

Azərbaycan güləşçisi erməniyə qalib gəlib yarımfinala çıxdı

18 May, 2021
16:06
1833

Azərbaycan güləşçisi erməniyə qalib gəlib yarımfinala çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Dağıstan əsilli idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib – 6:3.

Qeyd edək ki, Vahid Qalayev böyüklərin yarışında da millimizdə debüt edib. O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində ikinci görüşündə (1/4 final) Venesueladan olan rəqibinə uduzaraq Olimpiadaya vəsiqə qazana bilməyib.

Həmçinin, 86 kq-da yarışan Orxan Abbasov da yarımfinala vəsiqə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri