19 
May
2021
11:30
77
35
11062
Virtual karabakh

Toğrul Əsgərov karyerası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirdi - FOTO + MÜSAHİBƏ

19 May, 2021
11:30
11062

Toğrul Əsgərov karyerası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirdi - FOTO + MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, I Avropa Oyunlarının qalibi Toğrul Əsgərov uzun müddətdən sonra susqunluğunu pozub.

O, Oxu.Az-a müsahibəsində karyerası ilə bağlı məsələlərə aydınlıq gətirib.

- Uzun müddətdir görünmürsünüz. Haralardasınız?

- Bizim əlimizdən gələn ən yaxşı şey güləşməkdir. Mən də məşq edirəm. Bir müddət bundan əvvəl - fevralda səhər məşqində ayağım dartıldı, əzələmdə bağ qopdu. Halbuki Dağıstana təlim-məşq toplanışına getməliydim. Onunla bağlı müalicə alırdım. Amma indi yaxşıyam, yenə milli komandanın tərkibindəyəm. Məşq edirəm, hazırlaşıram.

- Bir ildən çoxdur ki, yarışlara qatılmamağınız nə ilə bağlı idi?

- Ötən il Kislovodskda, İstanbulda, Mahaçqalada milli ilə təlim-məşq toplanışında iştirak etdim. Yarışa çıxmağa hazır idim. Amma koronavirus səbəbindən yarışlar keçirilmədi deyə, mən də iştirak edə bilmədim. Ondan sonra da ayaq bağımın qopması səbəbindən başım müalicəyə qarışdı. Yoxsa Kiyev turnirində, ondan sonra isə apreldə Varşavadakı Avropa çempionatında iştirak etməliydim. Ümumiyyətlə, yarışa hazır olan vaxt mənim başım zədələrdən çox çəkib.

- 74 kq-da Hacımurad Hacıyev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Ancaq biz bilirik ki, bu lisenziya ölkəyə verilir. Yəni, bu çəkidə hansı idmançının Olimpiadaya aparılması federasiyanın səlahiyyətindədir. Sizin ora aparılmaq şansınız var?

- Olimpiadada medal qazanmaqdan başqa, sadəcə iştirak etmək belə hər bir idmançı üçün qürurlu məqamdır. Dəqiq deyə bilmərəm. Amma hər dəqiqə hər şey ola bilər. Kim Olimpiadaya tam hazır olarsa, o da aparılar.

- Olimpiadadan sonra karyeranızı bitirəcəksiniz, yoxsa davam edəcəksiniz?

- Əlbəttə, hazırda zalda, döşəkdə məşq edib əziyyət çəkirəmsə, davam etməyi düşünürəm. Mənim yaşım elə çox deyil (28 yaşı var – red.). Hələ 3-4 il idmançı karyeramı davam etdirə bilərəm.

- Mətbuatda gedən xəbərlərə inansaq, Azərbaycan Güləş Federasiyası sizə diqqət ayırmayıb və siz kənarda qalmısınız. Bu nə dərəcədə doğrudur?

- Belə bir söhbət heç vaxt olmayıb. Əksəriyyət bilir ki, Toğrul həmişə federasiyanın diqqət mərkəzində olub. Daima çox istənilən idmançılardan biri olmuşam. Yenə də mənimlə maraqlanırlar, öz dəstəklərini əsirgəmirlər. Bütün problemlərimlə maraqlanırlar. Mətbuatda gündə haqqımda bir söz yazılır. Bunlar sifarişli yazılardır. Həmin yazıların həqiqətə uyğun olub-olmamasını idman ictimaiyyəti yaxşı bilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri