İyn
2021
17:12
135
18
1032
Virtual karabakh

32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq

2 İyn, 2021
17:12
1032

32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər (12-17 yaşlılar) arasında mövsümün ilk Karate1 Gənclər Liqası turnirində iştirak edəcək. 

Oxu.Az xəbər verir ki, yarışa qatılan 37 ölkədən 760 idmançı arasında 32 karateçimiz də var. Onları yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir.

Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasında olacaq.  

Qeyd edək ki, Ümumdünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan Limassolda Karate1 Gənclər Liqası yarışı 4-6 İyun tarixlərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri