İyn
2021
22:15
395
30
3698
Virtual karabakh

Mahir Emreli “Leqiya” ilə müqavilə imzaladı - FOTO

8 İyn, 2021
22:15
3698

Mahir Emreli “Leqiya” ilə müqavilə imzaladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın “Leqiya” komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.

Bu barədə futbol klubun rəsmi saytı məlumat yayıb.

Klubdan bildirilib ki, Varşava təmsilçisi 23 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.

Transferlə bağlı Mahir Emreli bildirib ki, “Leqiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmə istəyidir.

23 yaşlı hücumçu bildirib ki, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır: “Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri