İyn
2021
10:54
246
38
4264
Virtual karabakh

Mahir Emreli polşalıları Varşava tarixindən danışmaqla təəccübləndirdi - VİDEO

9 İyn, 2021
10:54
4264

Mahir Emreli polşalıları Varşava tarixindən danışmaqla təəccübləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın “Leqiya” klubuna transfer olunan millimizin futbolçusu Mahir Emreli haqda video hazırlanıb.

Oxu.Az xəbər verir ki, Varşava klubunun hazırladığı videoda Emrelinin Polşaya gəlişi, azərbaycanlı azarkeşlər tərəfindən hava limanında qarşılanması görüntüləri yer alıb.

Həmçinin, 23 yaşlı hücumçunun hava limanından gələrkən klub əməkdaşına Varşava tarixindən danışmaqla onu təəccübləndirib. Klub saytı onun bu transferə yaxşı hazırlaşdığını bildirib.

Mahir Emreli bundan sonra daha çox aktiv olduqları “Leqiya” azarkeşlərinə görə “Twitter” hesabı açacağını da qeyd edib.

Xatırladaq ki, Mahir Emreli dünən yeni klubu ilə “3+1” formulu əsasında müqavilə imzalayıb. O bu gündən komandası ilə məşqlərə qoşulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri