10 
İyn
2021
01:56
71
27
1859
Virtual karabakh

Superliqaya qoşulan İngiltərə klubları hərəyə 3.5 milyon funt sterlinq cərimə ödəyəcək

10 İyn, 2021
01:56
1859

Superliqaya qoşulan İngiltərə klubları hərəyə 3.5 milyon funt sterlinq cərimə ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının altı klubu Avropa Superliqasının yaradılmasında iştiraka görə cərimə ödəməli olacaq.

Bu barədə “SkySports” nəşri yazıb.

Belə ki, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Arsenal” və “Tottenhem” hər biri təxminən 3,5 milyon funt sterlinq cərimə ödəyəcək. Nəşrin iddiasına görə, Premyer Liqa rəhbərliyi sözügedən qərarı bu gün açıqlayacaq.

Qeyd olunur ki, İngiltərədə klubları sözügedən halı təkrarlayacağı halda, onlardan 30 xal silinə, həmçinin 20 milyon funt sterlinq cərimə oluna bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri