10 
İyn
2021
10:28
12
56
3145
Virtual karabakh

Millilərin AVRO-2020-də qrupdan çıxmaq şansları nə qədərdir? - SİYAHI

10 İyn, 2021
10:28
3145

Millilərin AVRO-2020-də qrupdan çıxmaq şansları nə qədərdir? - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa çempionatında iştirak edən komandaların qrupdan çıxmaq şansları qiymətləndirilib.

Qiymətləndirmə nüfuzlu “Gracenote” portalı tərəfindən aparılıb.

Siyahıya İspaniya və İngiltərə milliləri başçılıq edir. Onların AVRO-2020-də 1/8 finala çıxmaq şanslarının 97 faiz olduğu qeyd edilir. Həmçinin Niderland, İtaliya, Danimarka və Belçika millilərinin şansları 90 faizdən çox qiymətləndirilir.

“Ölüm qrupu”nda mübarizə aparan Almaniya, Fransa və Portuqaliya millilərinin qrupdan çıxmaq şansları müvafiq olaraq 87 faiz, 81 faiz və 74 faiz olaraq göstərilib.

Qardaş Türkiyənin qrupdan çıxmaq ehtimalı 46 faiz kimi qeyd olunub. Türkiyənin qrupundakı digər komandalar İsveçrə və Uelsin şansları 71 faiz və 55 faiz kimi qiymətləndirilib.

Qrupdan çıxmaq şansı baxımından AVRO-2020-nin ən zəif komandaları kimi Finlandiya (25 faiz), Macarıstan (32 faiz), Slovakiya (34 faiz) göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri