10 
İyn
2021
11:08
124
26
1702
Virtual karabakh

Qılıncoynatma Federasiyası: “Annanın Azərbaycan adından çıxış etməsinə Rusiya tərəfi razılıq verib”

10 İyn, 2021
11:08
1702

Qılıncoynatma Federasiyası: “Annanın Azərbaycan adından çıxış etməsinə Rusiya tərəfi razılıq verib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı qılıncoynadan Anna Baştanın Tokio Yay Olimpiya Oyunlarında iştirakı dəqiqləşib.

Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Mark Adams bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Razılaşdırılmış qərara əsasən, qılıncoynatmada Anna Başta indi Olimpiya Oyunlarında Rusiyanı yox, Azərbaycanı təmsil edəcək”.

Anna Başta 2019-cu ildən yarışlarda Azərbaycan pasportu ilə çıxış etsə də, məsələnin indi qabardılması maraq doğurmaya bilməz.

Məsələ ilə əlaqədar Oxu.Az olaraq Azərbaycan Qılıncoynatma Federasiyasının da mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məsələyə belə aydınlıq gətirdi:

“İstər Anna Başta, istərsə də Valeriya Bolşakova o vaxt milliləşdiriləndə Rusiya Olimpiya Komitəsi və Rusiya Qılıncoynatma Federasiyasından razılıq alınıb. Adətən idmançı milliləşdiriləndə üç il gözləməli olursan. Bu müddətdə idmançı heç bir beynəlxalq yarışa çıxa bilməz. Yəni yalnız 2022-ci ildən Azərbaycanı təmsil edə bilərdi. Amma Rusiya tərəfi onun bizim adımızdan çıxış etməsinə razılıq verdiyindən, həmin müddəti gözləmədən Başta Azərbaycan bayrağı ilə yarışlara çıxıb.

Məsələnin indi qaldırılması isə hər Olimpiada öncəsi Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitəsinə bununla bağlı razılıq verməsi ilə bağlıdır”.

Qeyd edək ki, Anna Başta bu ilin aprelində İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa lisenziya turnirinin finalında Belçika doğumlu Almaniya təmsilçisi Ana Limbaxı 15:13 hesabı ilə yenməklə Olimpiadaya vəsiqə qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri