10 
İyn
2021
13:30
82
29
3041
Virtual karabakh

AVRO-2020-nin Bakıdakı ilk oyununun baş hakimi bilindi

10 İyn, 2021
13:30
3041

AVRO-2020-nin Bakıdakı ilk oyununun baş hakimi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels – İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kleman Türpen olacaq. Ona Nikola Damos və Siril Qrinqor köməklik edəcək. Dördüncü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksye olacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə matçı saat 17:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri