12 
İyn
2021
00:53
536
353
12755
Virtual karabakh

AVRO-2020: İtaliya Türkiyəyə qalib gəldi - YENİLƏNİB+VİDEO

12 İyn, 2021
00:53
12755

AVRO-2020: İtaliya Türkiyəyə qalib gəldi - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin açılış matçında meydan sahibi İtaliya milisi A qrupu çərçivəsində Romada Türkiyəyə 3:0 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, bununla da Türkiyə millisi 21 il əvvəl olduğu kimi Avropa çempionatında İtaliyaya yenə uduzub.

A qrupunun digər matçı – Uels – İsveçrə matçı isə sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.

00:38

İtaliya millisi Türkiyə ilə açılış matçında üçüncü qolu rəqib qapısından keçirib. “Napoli”nin vinqeri Lorentso İnsinye 79-cu dəqiqədə İmmobilenin ötürməsindən sonra fərqlənib.

00:24

“Latsio”nun hücumçusu Çiro İmmobile 66-cıdəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Hazırda İtaliya 2:0 öndədir.

00:12

İtaliya millisi 53-cü dəqiqədə hesabı açıb. Domeniko Berardinin cinah ötürməsindən sonra “Yuventus”un mərkəz müdafiəçisi Merih Dəmiral avtoqola imza atıb. Bu, AVRO-2020-nin ilk qolu olub.

23:00

Futbol üzrə Avropa çempionatı - AVRO-2020-nin açılış matçında İtaliya millisi doğma meydanda Türkiyə ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Romada keçirilən oyunda start fiti səslənib. 

Hazırda hesab açılmayıb. 

21:59

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar;

Türkiyə: 23. Uğurcan Çakır (q), 2. Zəki Çəlik, 3. Merih Dəmiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kənan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k)

İtaliya: 21. Canluici Donnarumma (q), 3. Kyellini (k), 4. Spinazzola, 5. Lokatelli, 8. Jorjinyo, 10. İnsinye, 11. Berardi, 17. İmmobile, 18. Barella, 19. Bonuççi, 24. Florenzi

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

09:48

Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.  

AVRO-2020-nin final mərhələsi

I tur

A qrupu

23:00 Türkiyə – İtaliya

Baş hakim: Dani Makeli (Niderland)

Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri