11 
İyn
2021
11:54
19
44
2007
Virtual karabakh

Konfrans Liqasında yarışacaq komandamız ölkəni tərk etməyəcək

11 İyn, 2021
11:54
2007

Konfrans Liqasında yarışacaq komandamız ölkəni tərk etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keşlə” FK iyunun 15-dən etibarən məşqlərə başlayacaq.

Oxu.Az xəbər verir ki, Avropa Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Öncə komanda üzvləri tibbi-müayinədən keçəcək. Daha sonra Bakıda məşqlərə başlanılacaq. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.

Komanda iyulun 1-də Qəbələyə yollanacaq. 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə “Keşlə” Qəbələdə 5, 10, 14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır.

Yoxlama oyunları üçün bütün rəqiblər barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, təmsilçilərimizdən Çempionlar Liqasında oynayacaq “Neftçi”nin xaricdə məşq keçəcəyi dəqiqdir. Azərbaycan çempionu 16-30 iyunda Sloveniyada hazırlıq keçəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri