11 
İyn
2021
16:31
220
49
6075
Virtual karabakh

“Qarabağ”ın yeni transferinin müqavilə müddəti bilindi - VİDEO + YENİLƏNİB

11 İyn, 2021
16:31
6075

“Qarabağ”ın yeni transferinin müqavilə müddəti bilindi - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın yeni transferi Kadinin müqaviləsinin müddəti bilinib.

Oxu.Az xəbər verir ki, onunla 2+1 illik şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, tam adı Kadi Yuri Borqes Malinovski olan futbolçu Braziliyanın “Koritiba”, “Londrina”, “Foz do İquasu”, Portuqaliyanın “İşturil” və “Vilafrenkensi” klublarında çıxış edib.

15:58

“Qarabağ” yeni transferi olan polyak əsilli futbolçu Kadi Yuri Borqes Malinovskini ictimaiyyətə təqdim edib.

Oxu.Az xəbər verir ki, 25 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.

11:06

“Qarabağ” klubu bu gün yeni transferini ictimaiyyətə təqdim edəcək.

Oxu.Az xəbər verir ki, Ağdam klubu transferi gizli saxlayır.

Klub futbolçunun “Qarabağ”ın Suraxanı qəsəbəsindəki bazasına gəlişini belə təqdim edib:

Onu da bildirək ki, klub yeni transferin adını gizli saxlamağa çalışsa da, onun braziliyalı hücumameyilli mərkəz yarımmüdafiəçisi Kadi Yuri Borqes Malinovski olduğu bəllidir. Qısaca Kadi kimi tanınan 25 yaşlı futbolçu ötən mövsüm Portuqaliyanın I divizionunda “Vilafrenkensi” klubunda çıxış edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri