11 
İyn
2021
14:12
217
31
2983
Virtual karabakh

Azərbaycanın tanınmış jurnalistləri AVRO-2020 üçün geri qayıdır: “İlk şərhim İsveçrə - Uels oyunu olacaq”

11 İyn, 2021
14:12
2983

Azərbaycanın tanınmış jurnalistləri AVRO-2020 üçün geri qayıdır: “İlk şərhim İsveçrə - Uels oyunu olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin matçları ölkəmizdə “İctimai” və “İdman” telekanalları vasitəsilə canlı göstəriləcək.

Oxu.Az-ın xəbərinə görə, həmin telekanalın idman jurnalistləri ilə yanaşı, sabiq teleşərhçilər də matçları tamaşaçılara canlı çatdıracaq.

Bunlar AzTV-nin sabiq şərhçisi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Elnur Əşrəfoğlu və keçmiş ANS telekanalında UEFA Çempionlar Liqasının şərhləri zamanı maraqlı tandem təşkil etmiş Asif Bağırovla İlqar Mikayıloğludur. Hər üç jurnalist “İctimai TV”də şərhçiliyə qayıdışlarını gerçəkləşdirəcək.

Elnur Əşrəfoğlu Oxu.Az-a açıqlamasında təklifin telekanaldan gəldiyini bildirib:

“Dəyərə və dəvətə görə “İctimai” televiziyanın baş direktoru Balaş Qasımova, həmin qurumun İdman Departamentinin rəhbəri Kənan Hakimova və Tural Dadaşova təşəkkürümü bildirirəm. İlk şərhim sabah saat 17:00-da Bakı Olimpiya Stadionunda başlayacaq İsveçrə – Uels oyunu olacaq. Şərhdə Tural Dadaşovla birgə olacağam. Çoxları yazır ki, bizim şərhçiliyimizlə nostalji hisslər yaşayacaqlar. Əlbəttə, zövqlər müxtəlifdir. Hamı səni bəyənə bilməz. Amma biz çalışacağıq ki, bu futbol bayramını bir ay boyunca azarkeşlərə ən yaxşı şəkildə təqdim edək”.

Qeyd edək ki, hazırda “Real” telekanalının əməkdaşı olan İlqar Mikayıloğlu ilə Asif Bağırovun növbəti tandemi sabah reallaşacaq. Həmin gün B qrupunun Sankt-Peterburqda keçirilən Belçika - Rusiya matçı keçiriləcək. Bu matç saat 23:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri