11 
İyn
2021
20:40
656
19
4065
Virtual karabakh

Yaponlar azərbaycanlı idmançının Qarabağ müharibəsində iştirak etməsindən yazdı - VİDEO

11 İyn, 2021
20:40
4065

Yaponlar azərbaycanlı idmançının Qarabağ müharibəsində iştirak etməsindən yazdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın “Rizin” təşkilatının saytı azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin Vətən Müharibəsi zamanı cəbhədə olmasından yazıb.

Oxu.Az xəbər verir ki, yazıda Tofiq Musayev və Vüqar Kərəmovun iyunun 13-də “Rizin-28” turniri çərçivəsində döyüşləri barədə yazı dərc edilib.

Yazıda müharibə vaxtı leytenant olmuş Tofiqlə bağlı bunlar qeyd olunub: “2019-cu ildə yüngül çəkidə Qran Pri çempionu olduqdan sonra Musayev Azərbaycana qəhrəman kimi qayıtdı. Lakin o, daha sonra Azərbaycan və Ermənistan arasında hərbi münaqişədə döyüş meydanına getdi. Görəsən, çempionluq qazandıqdan bəri təxminən il yarım ərzində müxtəlif problem yaşayan Musayev yenidən Yaponiya rinqində nərildəyə biləcəkmi?”

Qeyd edək ki, Tofiq Musayev braziliyalı Roberto de Souza ilə “Rizin” kəməri üçün döyüşəcək. Vüqar Kərəmov isə yerli idmançı Yutaka Saito ilə görüşəcək.

Hər iki döyüş iyunun 13-ü səhər saatlarında “CBC Sport” telekanalı vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri