11 
İyn
2021
22:58
217
24
3772
Virtual karabakh

AVRO-2020-nin açılış mərasimi oldu - FOTO

11 İyn, 2021
22:58
3772

AVRO-2020-nin açılış mərasimi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, futbol üzrə Avropa çempionatının açılış matçı olan Türkiyə – İtaliya matçından əvvəl Roma Olimpiya Stadionunda veteran futbolçular – Françesko Totti və Alessandro Nesta azarkeşləri salamlayıb.

Daha sonra stadiona iştirakçı 24 ölkənin bayrağı olan simvolik toplar gətirilib. Bədii görüntülərdən sonra italyan tenor, müğənni Andrea Boçelli məşhur ifalarından olan “Nessun Dorma”nı səsləndirib. Bu mahnı daha əvvəl 1990-cı ilin dünya çempionatı zamanı Lusiano Pavarotti tərəfindən oxunub.

Tamaşaçılar sonda turnirin rəsmi mahnısı kimi isə İrlandiyadan olan rok qrupu Bononun ifasında “We are the people” (“Biz insanıq”) mahnısını dinləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri