12 
İyn
2021
00:50
132
10
1605
Virtual karabakh

Firdovsi Fərzəliyev Tokio Olimpiadasına vəsiqə qazandı – FOTO

12 İyn, 2021
00:50
1605

Firdovsi Fərzəliyev Tokio Olimpiadasına vəsiqə qazandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Firdovsi Fərzəliyev 67 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.  

Bu barədə Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələdə Li Jinvaya (Koreya) 2:0, Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə  (Macarıstan) 2:5 hesabı ilə mğlub olub.

Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb. 

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə 3-cü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb. 

Turnirin ilk günü çıxış edən digər idmanılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (55 kq) ilk görüşlərdə məğlub olublar.

12 İyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (61 kq) yarışa qatılacaq.

Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri