12 
İyn
2021
12:08
51
140
1607
Virtual karabakh

Elxan Məmmədov: “Superliqa ideyası futbol dəyərlərimizi məhv edir”

12 İyn, 2021
12:08
1607

Elxan Məmmədov: “Superliqa ideyası futbol dəyərlərimizi məhv edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır”.

“Report”un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “insideworldfootball.com” saytına açıqlamasında Avropa Super Liqası barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər: “Bazarertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik”.

AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına da toxunan Məmmədov bunun bütün region üçün futbol bayramı olacağını söyləyib: “Düzdür, pandemiya planlarımızı bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı ab-hava qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik”.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri