12 
İyn
2021
16:22
209
18
1723
Virtual karabakh

Şərhçi Andronov Azərbaycanı AVRO 2020 üçün akkreditasiya mövzusunda dəstəklədi

12 İyn, 2021
16:22
1723

Şərhçi Andronov Azərbaycanı AVRO 2020 üçün akkreditasiya mövzusunda dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NTV-plus” və “Matç TV”-nin keçmiş şərhçisi, hazırda “Viasat Sport”da çalışan Aleksey Andronov Avro-2020 üçün akkreditasiya məsələsində Azərbaycanın tərəfini tutub.

Bu barədə sports.ru xəbər verib.

“Sadə bir şey insanlara nə vaxt çatacaq? Birincisi, gedəcəyiniz ölkənin qanunlarını pozmayın. İkincisi, İran möhürü ilə İsrailə getməyə cəhd edin, görüm alınır?”,  - dedi.

Andronov əlavə etdi ki, gələn il Gürcüstanda basketbol üzrə Avropa Çempionatının finalı olacaq və çətin ki, Abxaziyaya səfər edən insanlar ora gedə bilsin.

“Krımı ziyarət edənlərin çoxu Kiyevdə Çempionlar Liqasının finalına düşə bilmədi. Özümüzün seçdiyi yoldur”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, Bakı Qarabağa qanunsuz səfərlər həyata keçirdən Nobel Arustamyan, Konstantin Qeniç və Mixail Mossakovskinin AVRO-2020 üçün akkreditasiyasını bloklayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri