12 
İyn
2021
23:34
325
109
17242
Virtual karabakh

AVRO-2020-də ilk sensasiya: Debütant meydan sahiblərinə qalib gəldi - FOTO/VİDEO + YENİLƏNİB

12 İyn, 2021
23:34
17242

AVRO-2020-də ilk sensasiya: Debütant meydan sahiblərinə qalib gəldi - FOTO/VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kopenhagendə keçirilən B qrupunun Danimarka – Finlandiya matçında AVRO-2020-nin ilk sensasiyası qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Finlandiya bu matçda 1:0 qalib gəlib.

23:26

74-cü dəqiqədə “Totenhem”in yarımmüdafiəçisi Pyer-Emil Höybyerq AVRO-2020-nin ilk penaltisini qola çevirə bilməyib. Finlandiyanın slovakiyalı qapıçısı Lukaş Hradetski topu zərərsizləşdirib.

22:54

Finlandiya ilk real hücumunda hesabı açıb. Almaniyanın “Union” klubunun hücumçusu Yoel Pohyanpalo 60-cı dəqiqədə başla qol vurdu. Debütant Finlandiya meydan sahiblərini 1:0 məğlub edir.

22:30

Danimarka – Finlandiya matçı qaldığı yerdən davam etdirilir. Matçda ilk hissənin son üç dəqiqəsi oynanılıb. Daha sonra komandalar fasiləyə çıxıb.

22:23

UEFA futbolçu Kristian Eriksenin vəziyyətinin pisləşməsi ilə bağlı dayandırılan Avro-2020-nin Danimarka – Finlandiya oyunu ilə bağlı qərar qəbul edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, hər iki komandanın futbolçularının istəyi nəzərə alınaraq UEFA Danimarka və Finlandiya arasında qarşılaşmanın bu gün Mərkəzi Avropa vaxtı ilə 20:30-da bərpa edilməsinə qərar verib.

Qərara əsasən ilk hissənin son dörd dəqiqəsi oynanılacaq, bundan sonra isə beş dəqiqəlik fasilə olacaq. Daha sonra isə ikinci hissə başlayacaq.

21:41

UEFA-dan AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Danimarka-Finlandiya oyunu zamanı vəziyyəti pisləşən futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verilib.

Qurumdan bildirilib ki, futbolçu xəstəxanaya çatdırılıb və vəziyyəti sabitdir.

Həmçinin Kristian Eriksenə təxirəsalınmaz tibbi yardım göstərilməsindən sonra hər iki komanda və oyunun rəsmi şəxsləri ilə görüş keçirildiyi, bu barədə əlavə məlumatın Mərkəzi Avropa vaxtı ilə saat 19:45-də veriləcəyi qeyd olunub.

21:11

Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Kristian Eriksenə görə matçın təxirə salınması barədə qərar verildi.

Bu matçın yenidən nə vaxt bərpa olunacağı bilinmir.

20:57

Baş hakim Endi Teylor oyunun dayandırılması barədə qərar verdi.

Hazırda Kristian Eriksen xərəkdə stadiondan çıxarıldı. Matçın nə vaxt bərpa olunacağı bilinmir.

20:50

Oyunun ilk hissəsinin son dəqiqələrində Danimarka millisinin ulduz futbolçusu, İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen huşunu itirib.

Bu səbəbdən oyunda məcburi dayanma baş verib. Hazırda 29 yaşlı idmançının özünə gəlməsi üçün həkimlər əlindən gələni edir.

20:02

1992-ci ilin Avropa çempionu Danimarka öz meydanında ilk dəfə qitə çempionatında mübarizəyə başlayan Finlandiyanı qəbul edir.

B qrupunun ilk matçında favorit meydan sahibləri sayılır. Oyun artıq başlayıb. 

19:45

B qrupunun ilk matçının Kopenhagendə baş tutacaq Danimarka – Finlandiya oyununun start heyətləri açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri