13 
İyn
2021
18:52
271
48
9287
Virtual karabakh

AVRO-2020: İngiltərə dünya çempionatının qisasını Xorvatiyadan aldı - VİDEO + YENİLƏNİB

13 İyn, 2021
18:52
9287

AVRO-2020: İngiltərə dünya çempionatının qisasını Xorvatiyadan aldı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

D qrupunun ilk matçında İngiltərə Xorvatiyaya 1:0 hesabı ilə qalib gəlib. Bununla da ingilislər üç il əvvəl Rusiyada keçirilmiş dünya çempionatının yarımfinalında onların qarşısını kəsmiş Xorvatiyadan qisasını alıb.

18:18

57-ci dəqiqədə Kalvin Filipsin ötürməsi ilə “Mançester Siti” ilə İngiltərə çempionu olmuş Rahim Sterlinq hesabı açdı. İngiltərə 1:0 qalib gəlir.

18:04

Matçda hazırda ikinci hissə gedir. Hələ ki qolsuzluq davam edir.

17:48

İngiltərə – Xorvatiya oyununda ilk hissədən sonra hesab açılmayıb. Londondakı matç meydan sahiblərinin diqtəsi ilə keçsə də, rəqib qapısına qol vurmaq mümkün olmayıb. 

17:01

İngiltərə öz meydanında son dünya çempionatının finalçısı Xorvatiyaya qarşı görüşə başladı. 

16:28

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-nin oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İngiltərə Londonda, məşhur “Uembli” stadionunda Xorvatiyanı qəbul edəcək.

Qrupun iki favoritinin qarşılaşacağı oyunda artıq start heyətləri açıqlanıb.

İngiltərə: Pikford, Uolker, Stounz, Minqs, Tripyer, Filips, Rays; Sterlinq, Maunt, Foden, Keyn.

Xorvatiya: Livakoviç, Vrsalko, Vida, Çaleta-Tsar, Qvardiol, Brozoviç, Kovaçiç, Modriç, Perişiç, Kramariç, Rebiç

Qeyd edək ki, görüş saat 17:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri