15 
İyn
2021
01:45
33
133
3226
Virtual karabakh

Buffon B seriyasında çıxış edəcək

15 İyn, 2021
01:45
3226

Buffon B seriyasında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon “Parma” klubu ilə iki illik müqaviləyə imza atacaq.

Bu barədə məlumatı məşhur idman jurnalisti Nikola Skira özünün “Twitter” səhifəsində yazıb.

“Artıq razılıq əldə edilib və təsdiqlənib. Buffon “Parma”ya qayıdır. O, bu həftə klubla 2023-cü ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq”, -  Jurnalist qeyd edib.

C.Buffon 1995-2001-ci illərdə “Parma”nın formasını geyinib.

Xatırladaq ki, “Parma” ötən mövsüm İtaliya çempionatının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb və klub ikinci diviziona yuvarlanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri