14 
İyn
2021
15:42
10
197
3987
Virtual karabakh

Meydanda özündən gedən futbolçunun keçmiş həkimi danışdı: “Karyerası təhlükədədir”

14 İyn, 2021
15:42
3987

Meydanda özündən gedən futbolçunun keçmiş həkimi danışdı: “Karyerası təhlükədədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen bir daha futbol oynamaya bilər.

Oxu.Az xəbər verir ki, bunu İtaliyanın “İnter” klubunun futbolçusunun keçmiş kardioloqu Sancey Şarma deyib.

Şarma Finlandiya ilə matçda huşunu itirən ulduz futbolçunun səhhətində indiyə qədər heç bir problem yaşanmadığını söyləyib:

“Bu hadisədən sonra Eriksenin karyerası təhlükədədir. Yenidən oynayarsa, ciddi problemlə üzləşə bilər. Halbuki indiyə qədər onun səhhəti tam qaydasında olub. 2013-cü ildən testlərini müntəzəm götürürdük, ürəyində problem yox idi. 2019-cu ilə qədər testlərinin nəticəsi mükəmməl çıxırdı. Sonradan hansısa probleminin yaranıb-yaranmadığını bilmirəm”.

Qeyd edək ki, Kristian Eriksen Finlandiya ilə görüşün 42-ci dəqiqəsində yıxılaraq huşunu itirib. Ürək massajı yolu ilə özünə gətirilən idmançı hazırda Kopenhagendə xəstəxanadadır. O artıq özünü yaxşı hiss edir. Lakin onun AVRO-2020 boyunca meydana çıxması gözlənilmir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri