15 
İyn
2021
12:43
302
15
2939
Virtual karabakh

Eriksen xəstəxanadan ilk paylaşımını etdi - FOTO

15 İyn, 2021
12:43
2939

Eriksen xəstəxanadan ilk paylaşımını etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionatının B qrupunun Finlandiya ilə oyununda huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan ilk fotosunu paylaşıb.

29 yaşlı yarımmüdafiəçi öz “Instagram” səhifəsində paylaşdığı fotoya şərh yazaraq qeyd edib ki, özünü yaxşı hiss edir.

“Hər kəsə salam. Dünyanın dörd bir yerindən gələn inanılmaz dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm. Hamısı mənim və ailəm üçün çox dəyərlidir. Xəstəxanada bir sıra müayinələrdən keçməliyəm. Ancaq özümü yaxşı hiss edirəm. Qarşıdakı oyunlarda komanda yoldaşlarımı dəstəkləyəcəyəm. Bütün Danimarka üçün oynayın”, - Eriksen qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri