15 
İyn
2021
13:45
292
18
2373
Virtual karabakh

“Liverpul”un futbolçusu: “Azərbaycanlıların Türkiyəyə dəstək olacağından xəbərimiz var”

15 İyn, 2021
13:45
2373

“Liverpul”un futbolçusu: “Azərbaycanlıların Türkiyəyə dəstək olacağından xəbərimiz var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıdakı oyunda 500 və ya 1000 azarkeşimiz olsa belə, onlar 30 min fanat kimi dəstək verirlər. Elə İsveçrə ilə görüşdən əvvəl himnimizi necə oxumaları bizə əlavə güc verdi”.

Oxu.Az xəbər verir ki, bunu Uels millisinin sağ cinah müdafiəçisi Neko Vilyams AVRO-2020-dəki ilk oyunlarındakı azarkeş dəstəyi barədə danışarkən deyib.

Bakı Olimpiya Stadionunda İsveçrə ilə bərabərə qalan (1:1) britaniyalılar sabah eyni arenada Türkiyə yığması ilə qarşılaşacaq. “Liverpul”un 20 yaşlı oyunçusu Bakı amilinin türkiyəlilərin xeyrinə olduğunu etiraf edib:

“Azərbaycanlıların oyunda Türkiyəyə dəstək olacağından xəbərimiz var. Azarkeşlərin tribunalara dönməsi hər bir futbolçuya əlavə motivasiya verir. Bunu bizi motivasiya edəcək bir səfər oyunu kimi düşünürük. Belə olacaqsa, azarkeşlərin gözü qarşısında qələbə qazanmağa çalışacağıq. Bakıdakı stadionda xoş atmosfer və yüksək temp olacaq. Bir kollektiv kimi mübarizə aparsaq, qələbə qazanmaq üçün böyük şansımız yaranacaq”.

Qeyd edək ki, sabah keçiriləcək Türkiyə – Uels oyunu saat 20:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri