15 
İyn
2021
14:30
185
7
2197
Virtual karabakh

Boksçularımız Avropa çempionatı üçün İtaliyaya getdilər

15 İyn, 2021
14:30
2197

Boksçularımız Avropa çempionatı üçün İtaliyaya getdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 17-də İtaliyanın Rozeto delyi Abrutsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 

Oxu.Az xəbər verir ki, səkkiz gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında yeddi boksçu mübarizə aparacaq. Komandamızın heyətində Əli Zamanov (-52 kq), Masqud Xasmetov (-56 kq), Cəlal Qurbanov (-60 kq), Ruslan Rüstəmov (-64 kq), Sərxan Əliyev (-69 kq), Mirşərif Kazımzadə (-75 kq) və Murad Allahverdiyev (-81 kq) yer alıb. 

Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edəcək. 

Qeyd edək ki, bu gün səfərə yollanan yığmamız iyunun 25-də vətənə dönəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri