15 
İyn
2021
23:58
817
20
2749
Virtual karabakh

Türkiyəli azarkeşlərə Bakıdakı oyunda Azərbaycan bayrağı da veriləcək

15 İyn, 2021
23:58
2749

Türkiyəli azarkeşlərə Bakıdakı oyunda Azərbaycan bayrağı da veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda keçiriləcək Türkiyə – Uels oyununda azarkeşlərə Azərbaycan bayrağı da paylanacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir TRT-yə açıqlamasında deyib.

Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə bunları deyib:

“Üç gündür buradayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm”.

Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri