16 
İyn
2021
14:12
79
11
1820
Virtual karabakh

AVRO-2020-nin ilk turunun oyunlarından sonra stadionlara nə qədər azarkeş buraxılıb?

16 İyn, 2021
14:12
1820

AVRO-2020-nin ilk turunun oyunlarından sonra stadionlara nə qədər azarkeş buraxılıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin qrup mərhələsinin ilk turunu 207 098 tamaşaçı izləyib.

Oxu.Az xəbər verir ki, 12 qarşılaşma içərisində ən çox azarkeş Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da qeydə alınıb. Meydan sahiblərinin Portuqaliya ilə görüşündə 55 662 tamaşaçı stadionda olub.

Ən az azarkeş qəbul etmiş stadion isə Bakı Olimpiya Stadionu olub. Cəmi 8 782 tamaşaçı Uels – İsveçrə oyununu izləyib. Bu da həmin matçın azərbaycanlı azarkeşlərin diqqətini çox da cəlb etməməsi ilə bağlıdır. Məsələn, bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə – Uels matçında daha çox azarkeşin olacağı gözlənilir.

“Puşkaş Arena” (Budapeşt, Macarıstan) – 55 662
“Qazprom Arena” (Sankt-Peterburq, Rusiya) – 26 264 + 12 862 (cəmi - 39 126)
“Uembli” (London, İngiltərə) – 18 497
“Yohan Kroyff Arena” (Amsterdam, Niderland) – 15 837
“Parken” (Kopenhagen, Danimarka) – 13 790
“Alyans Arena” (Münxen, Almaniya) – 13 000
“Olimpiko” (Roma, İtaliya) – 12 906
“La Kartuxa” (Sevilya, İspaniya) – 10 559
“Hempden Park” (Qlazqo, Şotlandiya) – 9 847
“Natsional” (Buxarest, Rumıniya) – 9 082
Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) – 8 782

Qeyd edək ki, Azərbaycan hökuməti AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyununa stadionun ümumi tutumunun yalnız yarısının (35 min) dolmasına icazə verib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri